Ərdoğan Makronla görüşüb

29 İyun 2022 12:23 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyadakı NATO və hökumət başçıları Zirvəsində ikitərəfli təmasları çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sammitdə 30 üzv ölkənin liderləri Avro-Atlantik təhlükəsizliyə təhdid və çağırışlar qarşısında strateji səviyyədə fikir mübadiləsi aparacaqlar.

Rusiya-Ukrayna müharibəsinin NATO-ya təsiri qiymətləndiriləcək. Bu çərçivədə NATO-nun çəkindirmə və müdafiə strukturu nəzərdən keçiriləcək. NATO-nun gələcək işini istiqamətləndirəcək yeni Strateji Konsepsiyanın təsdiqi də gündəm bəndləri arasında olsa da, liderlərin Finlandiya və İsveçi NATO üzvü olmağa dəvət etmək üçün tarixi qərar qəbul etmələri də gözlənilir.