Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib

29 İyun 2022 11:52 (UTC+04:00)

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.

Qərara əsasən, deputat Tamam Cəfərova Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib.

Qərar layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

Kəmalə Təyyarqızı