Rusiyanın daha bir yüksəkrütbəli zabiti zərərsizləşdirilib

29 İyun 2022 11:48 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Rusiya bürosunun layihəsi olan “Şimal. Reallıqlar” tviterdə məlumat yayıb.

Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan olunub.

Zabitin ölüm tarixi və yeri məlum deyil.