İnsandan maaşını niyə soruşmazlar? - SOSİOLOQ TƏNQİD ETDİ

29 İyun 2022 11:23 (UTC+04:00)

"Xüsusilə qərb ölkələrində kimdənsə maaşını soruşmaq qəbulolunmazdır. Bu, bir neçə məsələ ilə bağlıdır. Əvvəla insanın maaşını soruşduqda, soruşan şəxsin məqsədi sorğulanır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, ola bilər ki, kiminsə maaşı aşağı olsun: "Amma həmin adam özünü vüqarlı apara bilər. Yəni, öz maaşı ilə yaxşı həyatı olar.

Kapitalizm dünyasının da burada rolu var. Kapitalizm dünyası elədir ki, insanlar burada maddi gəlir əldə etməyə can atırlar və bir neçə yolla gəlir əldə edirlər.

Bəzi insanlar var ki, bir çox yerlərdən pul qazana bilər və bunu heç kimin bilməsini istəməz. Ona görə də soruşmaq yaxşı qəbul olunmur. Həmçinin, maaşı az olan insan bu zaman özünü pis hiss edə bilər".

Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "İndi maaşa yaşayan insan çox azdır. Azərbaycanda orta əməkhaqqı 400 manatdır. Ailə başçısı məcburdur ki, fəhləlik etsin əlavə pul qazansın. Bu insanlar pul qazanmağa məcburdur. Bu yolun doğru və ya əyri olmasının isə onun üçün artıq bir fərqi yoxdur. ".

Ayşən Vəli