İdman jurnalistləri üçün cüdo üzrə beynəlxalq seminar keçirilir

29 İyun 2022 11:04 (UTC+04:00)

Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin spikerliyi ilə idman jurnalistləri üçün beynəlxalq seminar keçirilir. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, bu il ACF-in 50 illik yubileyi qeyd olunacaq. Onun sözlərinə görə, bu seminar yubiley çərçivəsində ilk tədbirdir.

Daha sonra yubileylə bağlı video-çarx nümayiş etdirilib. 50 illiklə bağlı loqoda 50 rəqəmi, ACF abbreviaturası və yapon heroqliflərindən istifadə olunub.