Hollivud ulduzu Zelenski ilə görüşüb

29 İyun 2022 10:52 (UTC+04:00)

Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Ukraynaya dəstək verən Hollivud ulduzu Şon Penn Kiyevdə çəkdiyi işğal haqqında sənədli filmlə bağlı Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollivud ulduzu Şon Penn Rusiya işğalı başlayandan bəri ikinci dəfə Kiyevə səfər edib. Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Penn çəkdiyi sənədli döyüş filmindən danışıb. Ukrayna hakimiyyəti Zelenski ilə Şon Penn görüşünün qısa videosunu yayıb. Ukrayna lideri Zelenski Şon Penni salamlayarkən ingilis dilində danışıb.