Baydenlə Ərdoğanın görüşünün vaxtı açıqlanıb

29 İyun 2022 08:00 (UTC+04:00)

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan lə ABŞ Prezidenti Co Bayden arasında görüşün vaxtı açıqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:45-də baş tutacaq.

Görüşün bir saat davam edəcəyi gözlənilir.

Tərəflərin mövzuları arasında ikitərəfli əlaqələr və “F-16” məsələsi olacaq.