Almaniya müdafiə xərclərini artırır

29 İyun 2022 07:38 (UTC+04:00)

Almaniya qarşıdakı bir neçə il ərzində müdafiəyə ildə orta hesabla 70-80 milyard avro xərcləmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

“Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir”, – Şolts deyib.