19 yaşlı iraqlı "Mançester Yunayted" klubu ilə müqavilə bağlayıb

29 İyun 2022 05:54 (UTC+04:00)

Futbol üzrə İraq millisinin üzvü Zidan İkbal "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Z.İkbal Mançester təmsilçisinin heyətində çıxış edən ilk cənubi asiyalı futbolçudur. Yarımmüdafiəçi ilə 2025-ci ilin iyun ayınadək anlaşma əldə olunub.

Futbolçu "Mançester Yunayted"in heyətində ötən il Çempionlar Liqası çərçivəsində İsveçrənin "Yanq boyz" klubu ilə oyunda debüt edib. İraqlı yarımmüdafiəçi həmin matçın sonunda meydana çıxıb.

Z.İkbal "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında hələ mübarizə aparmayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu İraq millisinin heyətində iki dəfə meydana çıxıb.