Fransa tarixində ilk dəfə...

29 İyun 2022 04:36 (UTC+04:00)

Fransa V Respublikasının Milli Assambleyasının 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib. Yeni deputatlar tarixdə ilk dəfə Milli Assambleyaya qadın namizədi sədr seçiblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 51 yaşlı xanım deputat Yael Bron-Pive (Yael Braun -Pivet) iki tur səsvermədən sonra 462 deputatdan 242-sinin səsi ilə Fransa Milli Assambleyasının sədri vəzifəsinə seçilib. Assambleyanın hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pive siyasi karyerasına 2017-ci ildə başlayıb.

Milli Assambleyanın əsas maliyyə komitəsi də daxil olmaqla, qurumun əsas komitə sədrlərinin növbəti günlərdə seçiləcəyi bildirilir.