Qərbdə artıq "qələbə"dən danışırlar..?

29 İyun 2022 04:29 (UTC+04:00)

Rusiyanın Ukrayna üzərindəki qələbəsi qoşunlarını Əfqanıstandan “alçaldıcı” şəkildə çıxarılmasından sonra ABŞ üçün ikinci böyük məğlubiyyət olacaq.

Rusların iddiasına görə, bu barədə “National Review” jurnalının köşə yazarı Brendan Dayertiy danışıb.

Rusiyanın Ukraynadakı qələbəsi qoşunların Əfqanıstandan “alçaldıcı” çıxarılmasından sonra ABŞ üçün ikinci böyük məğlubiyyət olacaq. Bunu “National Review” jurnalının köşə yazarı Brendan Dayertiy bildirib.

O qeyd edib ki, ABŞ-ın xüsusi əməliyyat zamanı Moskva üçün əlavə xərclər yaratmaq cəhdləri Kiyevin həlledici strateji geri çəkilə bilməyəcəyi təqdirdə zəfəri daha iddialı edəcək. Dayertiy qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu halda təkcə Ukraynada deyil, Qərb dövlətləri üzərində də qələbəni elan edə biləcək. Onun fikrincə, münaqişənin belə nəticəsi NATO dövlətlərində, təbii ki, panika yaradacaq.

“…Əfqanıstandakı təhqirdən sonra bu, ABŞ tərəfindən maliyyələşdirilən və təlim keçmiş ordunun son iki ildə ikinci böyük məğlubiyyəti olacaq. Və bu risk olduqca real görümür” "deyə məqalə müəllifi yekunlaşdırıb.

Bundan əvvəl Çinin “Global Times” qəzetinin köşə yazarı Çjanq Hao alyansın digər ölkələrin maraqlarını nəzərə almadan siyasət yürütməsi səbəbindən NATO-nun dağılacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, ekspansiya strategiyası Rusiyanı təhlükəsizlik zəmanəti layihəsini təklif etməyə məcbur etdi və bunun rədd edilməsi . Ukrayna ətrafında vəziyyəti daha da gərginləşdirdi.

Yeri gəlmişkən, bu gün hansısa bir junalistin tərəflərdən birinin qələbəsi barədə mühakimə yürüdüb…”ona qələbə verməsi” elə də inandırıcı görünmür. Çünki, bu gün əksər siyasilər belə müharibədə qalib tərəfin olmadığını deyirlər.

Qeyd edək ki, bir müddət bundan əvvəl ukraynalı səlahiyyətlilərdən birinin “Ukraynaya Rusiya ilə müharibədə qalib gəlmək üçün minlərlə hərbi texnika lazımdır” deməsi bir yana, burada insan məhfumu da böyük rol oynayır. Məhz bu mənada 40 milyonluq bir ölkənin 140 milyonluq bir ölkə ilə vuruşduğunu da təsəvvür edin.

Bir daha xatırladaq ki, müharibə hələ başa çatmayıb.

"...Qərb ölkələri Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verməməlidir”. Bunu bir müddət bundan əvvəl Almaniya kansleri Olaf Şolz demişdi. Mən də elə-belə xatırladım…

Ağasəf Babayev