Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb

29 İyun 2022 02:46 (UTC+04:00)

Gürcüstanda turistləri daşıyan iki mikroavtobus toqquşub. Nəticədə bir turist həyatını itirib, 10 nəfərə yaxın adam yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gürcüstanın Mtsxeta bələdiyyəsinin Nataxtari kəndi yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə yerinə cəlb olunub.