Millimiz Türkiyə ilə heç-heçə etdi

29 İyun 2022 01:57 (UTC+04:00)

İstanbulda təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, qarşılaşma Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində olub. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub.

Qeyd edək ki, bu komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.