İki güləşçimiz Avropa çempionu oldu

29 İyun 2022 01:45 (UTC+04:00)

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanın 2 yunan-Roma güləşçisi yarışda qızıl medal qazanıb.

Nihad Quluzadə (55 kq) əvvəlcə fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəlib. Daha sonra o, ukraynalı Nikolay Xavriçkini məğlub edib - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihaya 10:1 hesabı ilə qalib gəlib və Avropa çempionu olub.

Laçın Vəliyev (87 kq) isə 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gəlib. Vəliyev 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.