Kanada Ukraynaya daha 118 milyon dollar vəd edir

29 İyun 2022 01:19 (UTC+04:00)

Kanada G7 sammitindən sonra Ukraynaya daha 118 milyon dollar vəd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidməti xəbər verib.

“Baş nazir Trüdo Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün 151,7 milyon dollarlıq yeni humanitar yardım elan edib”, - deyə məlumatda bildirilir.

Bu məbləğin təqribən 58 milyon ABŞ dolları ərzaq və dərmanların alınmasına, 11,6 milyonu ölkədə minatəmizləmə proqramına, 56,7 milyonu isə Ukrayna hakimiyyətinə yardım üçün əvvəllər ayrılmış humanitar böhranın aradan qaldırılmasına, o cümlədən qonşu ölkələrə yönəldiləcək.

Yerin gəlmişkən xatıarladaq ki, bundan əvvəl, iyunun 26-da Böyük Britaniyanın baş naziri Boris Conson kanadalı həmkarı Castin Trüdo ilə görüşündə vəziyyəti dəyişmək üçün Ukraynaya silah, kəşfiyyat və öz qüvvələrinin təlimi ilə kömək etməyə çağırıb.

Ağasəf Babayev