Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

29 İyun 2022 00:20 (UTC+04:00)

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

SİA Matç.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan yığmamız 1-ci turda meydan sahibləri ilə qarşılaşıb

Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti matçını iyunun 29-da Andorraya qarşı keçirəcək.

Qeyd edək ki, digər qrupda San Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaq.

Avropa çempionatı

A qrupu, 1-ci tur

28 iyun

Azərbaycan - Malta 71:73