Tərəflərin növbәti görüşü iyulun 1-dә keçirilәcәk

29 İyun 2022 00:03 (UTC+04:00)

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də baş tutacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Mәlumata görә, görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edәk ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk dәfә yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada görüşmüşdü. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpası ilә bağlı qәrar qәbul edilib.

Tәrәflәr arasında ikinci görüş fevralın 24-dә, üçüncü görüş isә mayın 3-dә baş tutmuşdu.

Xarırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumuna qatılmışdı.