ABŞ Rusiya FSB-yə qarşı sanksiyaları açıqlayıb

28 İyun 2022 23:11 (UTC+04:00)

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayımlayıb.

Beləliklə, Dövlət Departamenti FSB-nin “Rusiya Federasiyası hökumətinin siyasi bölməsi, agentliyi və ya aləti” olduğunu əyan edib. Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri “etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirakına işarə edib”.

Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və guya onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində FSB-yə məxsus bütün əmlak və aktivlər, əgər onlar ABŞ-da yerləşirsə və ya ABŞ-dan olan şəxslərin nəzarəti altındadırsa, bloklanacaq.

50 faiz və ya daha çox bloklanmış bir və ya daha çox şəxsə birbaşa və ya dolayısı ilə məxsus olan hər hansı təşkilatlar da bloklanır. Sanksiyaya məruz qalan hər hansı şəxs və təşkilatlara hər hansı investisiyalar və ya kreditlər, mal və ya xidmətlər təqdim etmək də qadağan edilir.

Ağasəf Babayev