Arda Turandan gələcəyi ilə bağlı açıqlama

28 İyun 2022 23:03 (UTC+04:00)

"Qalatasaray"la müqaviləsi başa çatan Arda Turan futbolçu karyerasını başa vurmağa hazırlaşır.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə türk yarımmüdafiəçi "TV 100"ə açıqlamasında deyib. O, məşqçi kimi işləməyi düşündüyünü bildirib:

"Qalatasaray"da oynamayacağım üçün həyat yoldaşımın və ailəmin rahat olacağı yerdə olmaq istəyirəm. Superliqada heç bir komandada oynamağı düşünmürəm. Məşqçi olmaq istəyirəm, yaxşı məşqçi olacağımı düşünürəm. Komandamı yığıram".