Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək

28 İyun 2022 16:41 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 17 iyul 2022-ci tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.