Bakıda Milli Qurama Festivalı keçiriləcək

28 İyun 2022 17:04 (UTC+04:00)

Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda Milli Qurama Festivalı keçiriləcək. Bu barədə SİA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Tədbirdə, həmçinin qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.

Festival 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaq.