Hindistanda bina uçub - ölən və yaralananlar var

28 İyun 2022 16:06 (UTC+04:00)

Hindistanın Mumbay şəhərində 4 mərtəbəli binanın uçması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın Mumbay şəhərinin Kurla rayonunda 4 mərtəbəli bina çöküb. Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və polis qrupları göndərildikdən sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.

Səlahiyyətli şəxslər dağıntılar altından 13 nəfərin çıxarıldığını, hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyini, 12 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, uçmuş binada axtarış-xilasetmə işləri davam edir.

İcma Tərəfindən Doğrulanmış ikonası