Tanınmış ginekoloq özünü 11-ci mərtəbədən atıb

28 İyun 2022 12:23 (UTC+04:00)

Azərbaycanda tanınmış ginekoloq intihar edib. SİA-nın məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib.

Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb.

Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Baş Prokurorluqdan fakt təsdiq olunub.

Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.