Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirib

28 İyun 2022 12:15 (UTC+04:00)

Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib. SİA-nın verdiyi məlumata görə, S.Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.

Onun sözlərinə görə, riskləri nəzərə alaraq alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin: “Qeyd edim ki, 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”.