Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

28 İyun 2022 09:25 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 28 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7981 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1026 manat, 1 Rusiya rublu 0.0312 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5801 manatdır.