NASA Avstraliyadakı kosmodromdan ilk raketini buraxıb

27 İyun 2022 22:39 (UTC+04:00)

ABŞ Milli Kosmik və Aviasiya Agentliyi (NASA) raket buraxmaq üçün ilk dəfə ölkə hüdudlarından kənarda kommersiya kosmodromundan istifadə edib.

SİA-nın əldə etdiyi məlumata görə, raket bu gün səhər Avstraliyanın şimalındakı Arnhem Kosmik Mərkəzindən buraxılıb.

NASA bunun yalnız Cənub Yarımkürəsində aparıla biləcək astrofizika tədqiqatlarına imkan verəcəyini açıqlayıb.

Əməliyyat həmçinin son 25 ildə Avstraliyada ilk buraxılış kimi qeydə alınıb.

Növbəti buraxılış iyulun 4-nə planlaşdırılır.

Arnhem Kosmik Mərkəzi ilk və yeganə kommersiya məqsədli ekvatorial buraxılış sahəsi kimi tanınır.