Rusiya Futbol İttifaqının prezidenti dəyişib

27 İyun 2022 15:45 (UTC+04:00)

Rusiya Futbol İttifaqının (RFS) prezidenti dəyişib. SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, istefa verən Aşot Xaçaturyantsı Aleksandr Alayev əvəzləyib.

RFS-in baş katibi və Milli Futbol Liqasının da prezidenti olan Alayev müvəqqəti olaraq bu posta təyin olunub.