Paylaşdığı fotoya görə məhkəməyə verildi

27 İyun 2022 11:34 (UTC+04:00)

Amerikalı model Emili Ratajkovski sosial şəbəkədə paylaşdığı fotoya görə məhkəməyə verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Edvard Opinaldo iddia edir ki, 2019-cu ildə çəkdiyi fotoların müəllif hüquqları ona məxsus olsa da, model icazəsiz olaraq onları “İnstaqram”da paylaşıb.

Fotoqraf təzminat istəyir.

Ayşən Vəli