4 nəfər boğulmaqdan son anda qurtuldu

27 İyun 2022 11:28 (UTC+04:00)

İstanbul Sarıyerdə boğulma təhlükəsi ilə üzləşən 4 nəfər jandarma qrupları tərəfindən xilas edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, huşsuz vəziyyətdə sahilə çıxarılan 3 nəfər bir müddət sonra sağalıb, 1 nəfərə isə xəstəxanada tibbi yardım göstərilib.
Həkimlər xəstənin vəziyyətinin yaxşı olduğunu bildiriblər.