Hindistanda mikroavtobus kanala düşüb

27 İyun 2022 10:00 (UTC+04:00)

Hindistanın Karnataka əyalətində baş verən qəzada 9 nəfər ölüb, 14 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın Karnataka əyalətində, Belqaumda inşaatçıları daşıyan mikroavtobus kanala düşüb. Hadisə yerinə polis və ilk yardım qrupları gəldikdən sonra bölgədə xilasetmə işlərinə başlanılıb.
Polis sürücünün sükan idarəetməsini itirərək dərəyə düşdüyünü və 9 işçinin hadisə yerində öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib. Qəzada yaralananlar xəstəxanada müalicə olunarkən, Karnataka əyalətinin prezidenti Basavaraj Bommai həyatını itirənlərə başsağlığı verib və yaralıların müalicəsi xərclərini hökumətin qarşılayacağını bildirib.