Gürcüstanda zəlzələ olub

27 İyun 2022 09:54 (UTC+04:00)

Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.