Stadion çökdü, ölənlər və yaralananlar var

27 İyun 2022 09:47 (UTC+04:00)

Kolumbiyadakı El Espinal stadionu fəlakətə səhnə olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Korrida hadisəsində tribuna çöküb və ən az 4 adam həyatını itirib. Hadisəni izləmək üçün havada olan bir dron qəzanı qeydə alıb.
Regionun qubernatoru Cose Rikardo Orozko hadisə zamanı iki qadın, bir uşaq və bir kişinin həlak olduğunu açıqlayıb.