ABŞ Ali Məhkəməsinin qərarı ölkədə fikir ayrılığına səbəb olub

27 İyun 2022 08:02 (UTC+04:00)

ABŞ Ali Məhkəməsi federal hökumətin abort hüquqlarına zəmanətlə bağlı 50 illik qərarını ləğv edib. Bu qərar ölkədə ictimaiyyət və partiya mənsubları arasında fikir ayrılığına səbəb olub.

SİA TASS agentliyinə istinadla xəbər verir ki, CBS televiziya kanalı iyunun 24-25-də bununla bağlı 1591 nəfər yaşlı insan arasında sorğu keçirib. Sorğunun nəticələrinə rəyi soruşulan respondentdən 81 faizi ölkədə vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyini deyib. Cəmi 19 faiz vəziyyətin normal olduğu qənatindədir.

Respublikaçılar federal hökumətin abort qanunlarını sərtləşdirilməsini dəstkləyirlər, demokratlar isə ənənəvi olaraq bunun əleyinədirlər. Demokratların yalnız 17 faizi məhkəmənin qərarını dəstəkləyir, 83 faizi isə buna qarşı çıxır. Respublikaçılar arasında isə mənzərə əksinədir: 78 faiz lehinə, 22 faiz əleyhinədir.

Prezident Cozef Bayden də öz növbəsində ABŞ Ali Məhkəməsinin qərarını pisləyib və Konqresin üzvlərini qadınlara abort hüququnu təmin edən qanunu qəbul etməyə çağırıb.