"Bavariya"nın yeni hücumçusu Sadio Mane Münhen klubunda forma nömrəsinə qərar verib.
SİA Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu 17 nömrəli forma ilə çıxış edəcək. Son olaraq bu nömrəli formanı Jerom Boatenq geyinib.
Xatırladaq ki, iyunun 22-də “Bavariya” “Liverpul”dan Maneni transfer etdiyini açıqlayıb.