"Real"la müqaviləni pozmaq istəyir

26 İyun 2022 22:16 (UTC+04:00)

"Real"ın futbolçusu Mariano Dias komandadan ayrılmağı planlaşdırır.

SİA Qol.az-a istinadən xəbər verir ki, dominikanlı hücumçu Madrid klubu ilə gələn ilin yayına qədər olan müqaviləsini pozmaq istəyir. O, meydana az çıxmasından narazıdır.

"Real"ın yetirməsi olan Dominikan millisinin üzvü ilə "Lion", "Fənərbaxça" və bir neçə İspaniya klubu maraqlanır.