Məşhur müğənni əhalini coşdurdu

26 İyun 2022 20:33 (UTC+04:00)

Antalyanın Kaş rayonunda ənənəvi olaraq hər il keçirilən 23-cü Beynəlxalq Likya Kaş Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində səhnəyə çıxan məşhur türk müğənni Hadisə pərəstişkarlarını coşdurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, canlı mahnıları və gur rəqsləri ilə səhnədə 1 saata yaxın qalan gözəl müğənnini izləmək üçün vətəndaşlar ətrafı doldurub, sığmayanlar isə qayıqlardan izləyiblər.

Ayşən Vəli