Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya qüdrətini göstərdi - Türkiyə MN

26 İyun 2022 15:30 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Tək Vətən əməliyyatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bütün dünyaya qüdrətini göstərən, bizləri qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu əlamətdar gününü təbrik edir.