Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb

26 İyun 2022 09:36 (UTC+04:00)

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb”.

SİA-nın məlumatına görə, bunu “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir.