Kiyevə raketlər düşməsi nəticəsində iki yaşayış binası zərər görüb

26 İyun 2022 08:55 (UTC+04:00)

İyunun 26-sı səhər saatlarında Kiyevin Şevçenko rayonuna raketlər düşməsi nəticəsində iki yaşayış binasına ziyan dəyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Merin sözlərinə görə, hazırda binada yaşayan sakinlərin xilasetmə və təxliyə işləri aparılır.