Putin təcili olaraq Kremlə gəlib

26 İyun 2022 05:49 (UTC+04:00)

İyunun 25-dən 26-na keçən gecə Rusiya prezidenti Vladimir Putin təcili olaraq Kremlə gəlib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Putin Sankt-Peterburqda Aleksandr Lukaşenko ilə görüşdən dərhal sonra Kremlə gəlib.

Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın TASS təbliğat resursuna verdiyi şərhdə Putinin Kremlə “fövqəladə bəyanat hazırlamaq üçün gəlmədiyini” bildirib.