İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 140 mini keçib

26 İyun 2022 03:35 (UTC+04:00)

İtaliya bu vaxtadək 140 mindən çox ukraynalı qaçqın qəbul edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisinə ümumilikdə 140 min 225 Ukrayna vətəndaşı daxil olub. Onlardan 70 min 38-i qadın, 21 min 818-i kişi və 44 min 369-u isə yetkinlik yaşına çatmayanlardır.

Ukraynalı qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.