Ukraynada gizli NATO qüvvələri fəaliyyət göstərir?

26 İyun 2022 01:54 (UTC+04:00)

Rus saytları bu dəfə “The New York Times” nəşrinə istinad edirlər. Beləliklə, beş ölkənin - Böyük Britaniya, Fransa, Kanada və Ləitvanın xüsusi təyinatlıları Ukraynada gizli işləyirlər.

Bundan başqa, ölkədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları da var. Qeyd olunur ki, onlar kəşfiyyat sahəsində koordinasiya, silah təchizatı məsələsi və Ukrayna Silahlı Qüvvələrinin (AFU) təlimi ilə məşğul olurlar.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, bundan əvvəl NATO Ukraynadakı vəziyyətlə bağlı danışıqları pozmaqda ittiham olunurdu. Bu fikirlə Liberal Demokrat Partiyasının lideri Leonid Slutski çıxış edib. “... Qərb silahları mülki insanları öldürmək və müharibə cinayətləri törətmək üçün istifadə olunur”,-deyə o bildirib.

İyunun 25-də NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna böhranının sülh yolu ilə həllini proqnozlaşdırıb. “Çox güman ki, bu müharibə danışıqlar masası arxasında bitəcək”. Təbii ki, bu Stoltenberq tərəfindən səsləndirilən ilk açıqlama deyil.

Ağasəf Babayev