Avtomobil uşağı vuraraq öldürüb

26 İyun 2022 00:56 (UTC+04:00)

Cəlilabadda uşaq ölümü ilə nəticələnən qəza baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini, 2010-cu il təvəllüdlü Ayxan Əkbərovu yaşadığı kənddə avtomobil vurub. Uşaq hadisə yerində dünyasını dəyişib və meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.