Nigeriyada vәba nәticәsindә ölәnlәrin sayı 74 nәfәrә çatıb

25 İyun 2022 23:41 (UTC+04:00)

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 74 nәfәrә çatıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, epidemiya ölkәnin 30 ştatında qeydә alınıb. 1 yanvar-29 may tarixlәri arasında 2 339 nәfәrin xәstәliyә yoluxduğu, 74 nәfәrin dә öldüyü bildirilib.

Mәlumata görә, xәstәlik orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Nigeriyada təmiz suyun olmaması xəstəlik və ölüm riskini artırır.

Qeyd edәk ki, ölkədə vaxtaşırı malyariya, poliomielit, tif və meymun çiçәyi kimi epidemiyalar qeydә alınır.