‘‘Ukraynada 12 milyondan çox insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb

25 İyun 2022 23:28 (UTC+04:00)

Rusiya ilә Ukrayna arasında davam edәn müharibә sәbәbindәn fevralın 24-dәn etibarәn 12 milyondan çox insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibinin sözçüsü Stefan Dujarik Nyu Yorkda keçirdiyi gündәlik mәtbuat konfransında bildirib.

‘‘Artıq dörd aydır ki, Ruriya ilә Ukrayna arasındakı müharibә davam edir. BMT-nin Ukrayna üzrә böhran koordinatoru Amin Avad müharibә sәbәbindәn 12 milyondan çox insanın evlәrinin tәrk etmәk mәcburiyyәtindә qaldığını söylәyib. O, hәmçinin davamlı hәllin әldә olunmasının vacibliyini vurğulayıb’’,-deyә Stefan Dujarik qeyd edib.

BMT-nin Ukrayna hökuməti, eləcə də bölgədəki 300-dən çox mülki tərəfdaş ilə işlədiyini qeyd edən Stefan Dujarrik, indiyədək 9 milyon insana dәstәk verdiklәrini ifadә edib.

Stefan Dujarik deyib: “Ukraynanın şərq vilayətlərində təcili yardıma ehtiyacı olan mülki vәtәndaşlara humanitar yardımın çatdırılması ilә әlaqәdar çağırışlarımızı davam etdiririk’’.