“Bavariya” onu saxlamaq niyyətində deyil

25 İyun 2022 23:00 (UTC+04:00)

"Bavariya" rəhbərliyi komandanın futbolçusu Robert Levandovski ilə bağlı mövqeyini dəyişib

SİA Qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 33 yaşlı hücumçunu satmağa hazırdır. Bildirilib ki, “Bavariya” polşalı oyunçunu komandada saxlamaq niyyətində deyil və onun üçün 60 milyon avro tələb edir.

Levandovski ilə "Barselona" və PSJ-nin maraqlandığı bildirilir

Xatırladaq ki, mayın sonunda Levandovski “Bavariya”dakı vaxtının başa çatdığını açıqlamışdı. Ancaq klub rəsmiləri oyunçu ilə yolları ayırmaq istəmədiklərini söyləmişdi.