Peyvənd olunanların sayı açıqlanıb

25 İyun 2022 17:15 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1385 vaksin vurulub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 234, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 843, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.