Azərbaycan millisi Mingəçevirə yola düşüb

25 İyun 2022 17:19 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqların növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb. Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək. Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Qeyd edək ki, milli AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.