Ərdoğan və NATO Baş katibi arasında telefon danışığı olub

25 İyun 2022 14:57 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. SİA xəbər verir ki, bunu Alyans rəhbəri tviter səhifəsində yazıb.

“Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq”, - Y.Stoltenberq bildirib.