Bakıda marşrut avtobusu qəzaya uğrayıb

25 İyun 2022 13:29 (UTC+04:00)

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. SİA xəbər verir ki, hadisə zamanı 90 MJ 279 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.